TFF Türkiyə - Latviya oyununun məkanını dəyişdirib - AVRO-2024

TFF Türkiyə - Latviya oyununun məkanını dəyişdirib - AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək Türkiyə – Latviya matçının məkanı dəyişdiriiib.

Mediasport.az xəbər verir ki, matç öncədən planlaşdırıldığı kimi Adana şəhərində yox, Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda oynanılacaq.

Məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Oktyabrın 15-də baş tutacaq qarşılaşma saat 22:45-də start götürəcək.