Qomis karyerasını başa vurdu

  Qomis karyerasını başa vurdu

"Qalatasaray"ın sabiq hücumçusu Bafetimbi Qomis karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 39 yaşlı forvardın sonuncu klubu "Kavasaki Frontale" klubu olub.

O, cari mövsüm Yaponiya təmsilçisinin heyətində 9 oyuna çıxıb, 3 qol vurub.

Hücumçu karyerası ərzində Fransanın "Sent Etyen", "Trua", "Olimpik" (Lion), "Olimpik" (Marsel), İngiltərənin "Suonsi", Səudiyyə Ərəbistanının "ƏI-Hilal" klublarında da forma geyinib.

Qomis Fransa milli komandasının heyətində 12 oyuna çıxıb, 3 qolun müəllifi olub.