Antidopinq agentliyi “Neftçi" və “Qaradağ-Lökbatan”a seminar keçdi

Antidopinq agentliyi “Neftçi" və “Qaradağ-Lökbatan”a seminar keçdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) növbəti seminarını futzal üzrə “Neftçi" İK və Birinci divizionda mübarizə aparan “Qaradağ-Lökbatan”a keçib.

Agentlikdən mediasport.az saytına verilən məlumata görə, təlimdə iştirak edənlərə Dopinq Nəzarəti Prosesi, qadağan edilmiş siyahı və Antidopinq Qaydaları haqqında ətraflı məlumat verilib.

İdmançılar seminar zamanı antidopinq biliklərini də yoxlayıblar.