Türkiyə Liqasında futbolçularımızın komandaları qarşılaşıblar

Türkiyə Liqasında futbolçularımızın komandaları qarşılaşıblar

Futbol üzrə Türkiyə 1-ci Liqasında 23-cü turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçuların komandalarının dueli baş tutub.

Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor"la Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"la qarşılaşıb.

Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi dueldə Vüsal meydana 81-ci dəqiqədə daxil olub, Bəxtiyarın adı görüşün iştirak ərizəsinə salınmayıb.

Xallarının sayını 36-ya çatdıran "Boluspor" turnir cədvəlində 6-cı pilləyə yüksəlib, "Tuzlaspor" 22 xalla 15-ci yerdə qərarlaşıb.