Azərbaycan çempionu Çempionlar Liqası oyunları üçün İsveçə yollandı
Futzal üzrə UEFA Çempionlar Liqasının ilk mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan" İsveçə yollanıb.
Mediasport.az xəbər verir ki, Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
Muxtar Respublika təmsilçisi İsveçə 14 futzalçı aparıb.
Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək.
Komanda sabah "Sparta Belfast" (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu "Sillamae Silla", avqustun 24-də isə İsveçin "Uddevalla" klubu ilə qarşılaşacaq.
Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Kamran Hacıyev, Kənan Manafov və Yaqo Enrike "Baku Fire" klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında "Araz-Naxçıvan"a kömək edəcəklər.
"Araz-Naxçıvan"ın heyəti
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov;
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinyo, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Kake Aledeş De Oliveyra, Yaqo Enrike.