Azərbaycan millisi Avropa Universitet Oyunlarında 5-ci olub

Azərbaycan millisi Avropa Universitet Oyunlarında 5-ci olub

Azərbaycan İdman Akademiyasının futzal komandası Macarıstanın Debresen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında çıxışını başa vurub.

Mediasport.az xəbər verir ki, turnirdə Macarıstan, Almaniya, Polşa, Fransa və Çexiyanı məğlub edən kollektiv 1/4 finalda İspaniya ilə qarşılaşıb.

Komandamız 3:3 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında uduzub.

Bununla da Avropa Universitet Oyunlarında Azərbaycanın futzal komandası ilk dəfə 5-ci yeri tutub.

Yarışda ümumilikdə 44 qol vuran təmsilçimiz öz qapısından cəmi 15 top buraxıb.