Arazdan Kosovoda qol ötürməsi

Arazdan Kosovoda qol ötürməsi

Kosovo çempionatında 7-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Lapi” səfərdə “Malişeva” ilə qarşılaşıb.

Poduevo təmsilçisi hesabda geridə olarkən meydana çıxan Araz komandasının əzmkar qələbəsində (3:2) pay sahibi olub. 82-ci dəqiqədə oyuna atılan futbolçumuz ikinci qolun ötürməsini edib.

“Lapi” hazırda 16 xalla turnir cədvəlinin lideridir.