"Arsenal" yalnız bu halda dünya çempionatında iştirak edə bilər
2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının iştirakçıları müəyyənləşir.
Mediasport.az xəbər verir ki, dünən Çempionlar Liqasının 1/4 finalı çərçivəsində keçirilən "Borussiya" (Dortmund) - "Atletiko" (4:2, ilk oyun - 1:2) matçından sonra Dieqo Simeonenin komandası yarışa vəsiqəni təmin edib.
"Barselona" - PSJ (1:4, ilk oyun - 3:2) duelindən məğlub ayrılan birincilər isə turnirdə iştirak etmək şansını itirib.
Əgər "Arsenal" Çempionlar Liqasının qalibi olsa, "topçular" Klublararası Dünya çempionatında iştirak edəcəklər. Əksi baş versə, son vəsiqənin sahibi "Zalsburq" olacaq.
Buna qədər PSJ (Fransa), "Portu", "Benfika" (hər ikisi Portuqaliya), "İnter", "Yuventus" (hər ikisi İtaliya), "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Bayern", "Borussiya" (hər ikisi Almaniya) və "Real" (İspaniya) vəsiqəni təmin etmişdilər.