İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı - SİYAHI

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

mediasport.az xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb.

Namizəd futbolçuların il ərzindəki göstəriciləri, o cümlədən Qətərdə keçirilən Dünya çempionatındakı çıxışları xüsusi nəzərə alınıb. Qalibin adı 2023-cü ilin yanvarında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək. Ötən il ən yaxşı futbolçu Robert Levandovski olmuşdu.


Builki namizədlər aşağıdakılardır:

Futbolçu

Ölkəsi

Klubu

Kilian Mbappe

Fransa

PSJ

Antuan Qrizmann

Fransa

“Atletiko”

Olivye Jiru

Fransa

“Milan”

Kərim Benzema

Fransa

“Real”

Luka Modriç

Xorvatiya

“Real”

Marselo Brozoviç

Xorvatiya

“İnter”

Fil Foden

İngiltərə

“Mançester Siti”

Harri Keyn

İngiltərə

“Tottenhem”

Bruno Fernandeş

Portuqaliya

“Mançester Yunayted”

Kevin De Brüyne

Belçika

“Mançester Siti”

Robert Levandovski

Polşa

“Bavariya”/“Barselona”

Erlinq Haaland

Norveç

“Borussiya” Dortmund/“Mançester Siti”

Lionel Messi

Argentina

PSJ

Vinisous Junior

Braziliya

“Real”

Alfonso Deyvis

Kanada

“Bavariya”

Əşrəf Hakimi

Mərakeş

PSJ

Nordin Amrabat

Mərakeş

“Fiorentina”

Sadio Mane

Seneqal

“Liverpul”/“Bavariya”

Məhəmməd Salah

Misir

“Liverpul”

Son Hın-Min

Cənubi Koreya

“Tottenhem”