Didye Deşam: “Poqbanın hazırkı durumu üçün kədərlənirəm”
Fransa millisinin baş məşqçisi Didye Deşam dopinq testində analiz nəticəsi iki dəfə müsbət çıxmış Pol Poqba haqqında fikirlərini bildirib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yarımmüdafiəçinin çətin günlər yaşadığını və zamana ehtiyac duyduğunu söyləyib:
“Poqbanın hazırkı durumu üçün kədərlənirəm. Son vaxtlar başına çox iş gəlir. Çətin günlər yaşayır. Özündə güc toplamalıdır. Bunun üçün zamana ehtiyacı var. Poqba ilə münasibətim qaydasındadır. Həmişə ona dəstək olmağa çalışıram. Milliyə geri dönmək ehtimalı varmı? Bu suala hələlik cavab verə bilmərəm. Gələcəkdə nələrin baş verəcəyini zaman göstərəcək”.
Qeyd edək ki, franslı futbolçunun ikinci testi 2 gün əvvəl müsbət çıxıb və ona özünümüdafiə üçün 10 gün vaxt verilib.
Poqbanı 2-4 illik diskvalifikasiya gözləyir.