Almaniya pley-offda, Xorvatiya yenə büdrədi, İsveçrədən "sülh"
Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsində 2-ci turun görüşlərinə start verilib.
A və B qruplarında ümumilikdə 3 qarşılaşma baş tutub.
Ardıcıl 2-ci qələbəsini qazanan meydan sahibi Almaniya son turun nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdırıb.
Avropa çempionatı. Qrup mərhələsi. 2-ci tur
B qrupu
Xorvatiya - Albaniya 2:2
Qollar: Andrey Kramariç, 74, Klaus Qyasula, 76 (avtoqol) - Qazim Laçi, 11, Klaus Qyasula, 90+5.
Baş hakim: Fransua Leteksye (Fransa)
Hamburq. "Volksparkstadion"
Xal durumu: İspaniya - 3, İtaliya - 3, Albaniya - 1, Xorvatiya - 1.
A qrupu
Almaniya - Macarıstan 1:0
Qollar: Camal Musiala, 22, İlkay Gündoğan, 67.
Baş hakim: Denni Makkeli (Niderland)
Ştuttqart. "MHP Arena"
Şotlandiya - İsveçrə 1:1
Qollar: Fabian Şör, 13-avtoqol - Şerdan Şakiri, 26.
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Köln. "ReynEnerjistadion"
Xal durumu: Almaniya - 6, İsveçrə - 4, Şotlandiya - 1, Macarıstan - 0.