Seçmə mərhələ yekunlaşır: Xorvatiya, yoxsa Uels? - AÇ-2024

Seçmə mərhələ yekunlaşır: Xorvatiya, yoxsa Uels? - AÇ-2024

Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsinə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma baş tutacaq.

Bu axşam Xorvatiya və ya Uels millisinin taleyinə aydınlıq gələcək.

Daha əvvəl İtaliya, Sloveniya, Çexiya, Serbiya, Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.

Qalan digər iştirakçılar martda keçiriləcək pley-off görüşləri ilə müəyyənləşəcək.


AVRO-2024. Seçmə qrup mərhələsi. 10-cu tur


B qrupu

23:45. Cəbəllüttariq – Niderland

23:45. Yunanıstan – Fransa

Xal durumu: Fransa – 21. Niderland – 15. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.


D qrupu

23:45. Uels – Türkiyə

23:45. Xorvatiya – Ermənistan

Xal durumu: Türkiyə – 16. Xorvatiya – 13. Uels – 11. Ermənistan – 8. Latviya – 3.


İ qrupu

23:45. Andorra – İsrail

23:45. Kosovo – Belarus

23:45. Rumıniya – İsveçrə

Xal durumu: Rumıniya – 19. İsveçrə – 17. İsrail – 12. Kosovo – 11. Belarus – 9. Andorra – 2.