Daha 3 milli komanda vəsiqəni rəsmiləşdirib - AVRO-2024

Daha 3 milli komanda vəsiqəni rəsmiləşdirib - AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun baş tutub.

4 milli qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmək şansına malik olsa da, onlardan 3-ü tapşırığın öhdəsindən gəlib.

Niderland, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək AÇ-yə vəsiqə qazanıb, D qrupunda yekun vəziyyət isə son tura qalıb.

Daha əvvəl Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.


AVRO-2024. Seçmə qrup mərhələsi. 9-cu tur


B qrupu

23:45. Fransa – Cəbəllütariq 14:0

23:45. Niderland – İrlandiya 1:0

Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0.


D qrupu

18:00. Ermənistan – Uels 1:1

21:00. Latviya – Xorvatiya 0:2

Xal durumu: Türkiyə -16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya – 3.


İ qrupu

21:00. Belarus – Andorra 1:0

23:45. İsrail – Rumıniya 1:2

23:45. İsveçrə - Kosovo 1:1

Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.