Almaniya və İsveçrə 1/4 finalda, İtaliya və Danimarka vidalaşdı
Bu gün Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatında 1/8 final görüşlərinə start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə İsveçrə və Almaniya milliləri adlarını 1/4 finala yazdırıblar.
Xatırladaq ki, 12-si 1-2-ci yerlər, 4-ü ən yaxşı 3-cü olmaqla, ümumilikdə 16 kollektiv növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu mərhələnin oyunları iyulun 2-də başa çatacaq.
Avropa çempionatı. 1/8 final
İsveçrə - İtaliya 2:0
Qollar: Roman Freuler, 37, Ruben Varqas, 46.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Berlin. Olimpiya stadionu.
Almaniya - Danimarka 2:0
Qollar: Kay Haverts, 53-pen., Camal Musiala, 68.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Dortmund. "Vestfalenstadion".