Fransadan qələbə, Belçika və Ukrayna uduzdu - AVRO-2024

Fransadan qələbə, Belçika və Ukrayna uduzdu - AVRO-2024

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

4-cü oyun günündə 1-ci tur çərçivəsində E və D qruplarında yer alan komandalar meydana çıxıblar.


Avropa çempionatı. Qrup mərhələsi. 1-ci tur


E qrupu

17:00. Rumıniya - Ukrayna 3:0

Qollar: Nikulae Stançiu, 29, Razvan Marin, 53, Denis Draquş, 57.

Baş hakim: Qlen Niberq (İsveç)

(Münhen stadionu)


20:00. Belçika - Slovakiya 0:1

Qol: İvan Şrans, 7.

Baş hakim: Halil Umut Meler (Türkiyə)

(Frankfurt stadionu)


D qrupu

23:00. Avstriya – Fransa 0:1

Qol: Maksimilan Vöber, 38-avtoqol.

Baş hakim: Xesus Gil Mansano (İspaniya)

(Düsseldorf stadionu)