Avropa çempionatının final mərhələsinin püşkü atılıb

Avropa çempionatının final mərhələsinin püşkü atılıb

Futbol üzrə AVRO-2024-ün final mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, tədbir Almaniyanın Hamburq şəhərində baş tutub.

Püşkatmada 21 milli komanda rəqiblərini tanıyıb, qalan üç vəsiqənin sahibi mart ayında keçiriləcək pley-off görüşlərindən sonra bəlli olacaq.

Qitə birinciliyinin final mərhələsi 14 iyun-14 iyul tarixlərində Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Komandalar 6 qrupda mübarizə aparacaqlar. Almaniya meydan sahibi kimi növbədənkənar qatılacaq və A qrupunda yarışacaq.


AVRO-2024. Səbətlər

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi


AVRO-2024. Qrup mərhələsi

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Niderland, Avstriya, Fransa, (Polşa/Uels/Finlandiya/Estoniya)

E qrupu: Belçika, Slovakiya, Rumıniya, (İsrail/Bosniya və Herseqovina/Ukrayna/İslandiya)

F qrupu: Türkiyə, Portuqaliya, Çexiya, (Gürcüstan/Yunanıstan/Qazaxıstan/Lüksemburq)