AVRO-2025: AFFA rəsmisi yeni təyinat alıb

AVRO-2025: AFFA rəsmisi yeni təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində baş tutacaq Litva – İslandiya matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 17-də Yonava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.