"Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq" - KAPİTAN

"Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq" - KAPİTAN

"Neftçi"nin kapitanı Emin Mahmudov "ağ-qaralar"ın yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışıb.

Mediasport.az xəbər verir ki, o, "Qraf” ləqəbli monteneqrolu mütəxəssisi Rusiyada çıxış etdiyi dönəmdən tanıdığını söyləyib:

"O, "Dinamo", "Lokomotiv" kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Ümid edirəm ki, onunla uğurlu nəticələr qazanacağıq. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq".

Bojoviçlə 6 ay+1 illik anlaşmaya qol çəkilib.

Xatırladaq ki, o, istefaya göndərilən rumıniyalı Adiran Mutunu əvəz edib.