1/4 final başlandı: İddialılar sensasiyaya imkan vermədilər
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, raundun ilk görüşləri eyni gündə keçirilib.
Çempionluğa iddialılardan "Birbaşa Bakı" "Laçın"ın qapısından 13 cavabsız top keçirib, "Zirə" "Star Bakı"ya şans verməyib - 7:1.
"Aznur" "Göyçə"dən (6:3), "Sumqayıt" isə "Galaxy"dən (1:0) üstün olub.