Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
Azərbaycan şahmatçıları martda Rumıniyanın Eforie Nord bölgəsində keçiriləcək kişilərin Avropa çempionatında iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, martın 15-26-da təşkil olunacaq qitə birinciliyinə 8 təmsilçimiz qatılacaq.
Turnirdə Riad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov mübarizə aparacaq.
Əsas titul ümidlərimizin də yarışa qoşulacağı gözlənilir.