“Real”, “Çelsi”, “Bavariya” və "Qarabağ"ı nə birləşdirir?

“Real”, “Çelsi”, “Bavariya” və "Qarabağ"ı nə birləşdirir?

Avrokuboklarda ən az qol buraxan 10 komandanın siyahısı açıqlanıb.

mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu 2 qolla həmin siyahıda 10-cu yeri tutur.

İlk iki pillədə qol buraxmayan “Başakşəhər” və “Brügge” komandalarıdır. Sonrakı 4 pillədə 1 qolla “Mançester Siti”, “Arsenal”, “Real Sosyedad” və “Frayburq” komandaları yer alıb.

Sıralamadakı digər yerlərdə isə 2 qolla müvafiq olaraq “Real”, “Çelsi”, “Bavariya” komandaları qərarlaşıb.