Murad Fətiyev Azərbaycan yığmasının heyətindən çıxarıldı

 Murad Fətiyev Azərbaycan yığmasının heyətindən çıxarıldı

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişik edilib.

Mediasport.az xəbər verir ki, yığmamız ilin ilk “Böyük Dəbilqə”sində 11 deyil, 10 idmançı ilə təmsil olunacaq.

Murad Fətiyev (90 kq) zədəli olduğundan fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışa qatılmayacaq.

54 ölkədən 300-dən çox cüdoçunun qatılacağı turnirdə ölkəmizi Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) təmsil edəcəklər.