Hacı Əliyev "Qarabağ"ın qələbəsini şərh etdi: "Həyəcanla baxırdım"
"Qələbənin Zəfər Gününə təsadüf etməsi, Toral Bayramovun qolunun turun ən yaxşısı seçilməsi xüsusilə sevindiricidir".
Mediasport.az xəbər verir ki, bu sözləri "İdman.biz"ə açıqlamasında güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev deyib.
Tanınmış idmançı “Qarabağ”ın UEFA Avropa Liqasının əsasə mərhələsi çərçivəsində Norveçdə "Budö Qlimt" üzərində qələbəsini şərh edib:
"Toral Bayramovun qolu möhtəşəm alındı. Bütün "Qarabağ" azarkeşləri kimi, mən də dünənki oyuna həyəcanla baxırdım. Olduqca maraqlı bir oyun izlədik.
Bildiyiniz kimi, Avropa Liqasının formatında dəyişikliklər olub. Hələ də mən aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır. Bu format həm maraqsızdır, həm də çətin. "Qarabağ" komandasına növbəti oyunlarda da uğurlar arzulayıram".
Qeyd edək ki, “Qarabağ” 4-cü tur görüşündə rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edib.