"Qarabağ" UEFA-nın manşetində: Möhtəşəm performans göstərdilər"

"Qarabağ" UEFA-nın manşetində: Möhtəşəm performans göstərdilər"

UEFA-nın rəsmi saytı növbəti dəfə "Qarabağ"dan yazıb.

Mediasport.az xəbər verir ki, "köhlən atlar"a bu dəfə Avropa futbol təşkilatının rəsmi səhifəsinin manşetində yer verilib.

Yazıda Azərbaycan çempionunun Portuqaliyada "Braqa" üzərində möhtəşəm performans göstərərək cavab oyunu öncəsi inamlı qələbə qazandığı vurğulanıb:

"Qarabağ"ın arzusu davam edir

“Qarabağ” 8-ci cəhdində bu mövsüm Avropa Liqasının qrup mərhələsini ilk iki yerdən birini tutmaqla başa vurdu və ilk pley-off matçı heç vaxt təsəvvür edə bilməyəcəyi qədər yaxşı keçdi. Çünki onlar "Braqa"ya qalib gəlmək üçün möhtəşəm performans göstərdilər və Portuqaliyada 4:2 hesablı qələbə qazandılar.

Azərbaycanda cavab oyununda onların görəcəyi çox iş var. "Atlılar" klub tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır. Komandanın baş məşqçisi Qurban Qurbanov ehtiyatlı danışıb: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq”. "Braqa kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".

Qeyd edək ki, Qurban Qurbanovun komandasının pireneylilərlə cavab matçı fevralın -də Bakıda keçiriləcək.