Millimizin Lüksemburqla AÇ oyununun yeri müəyyənləşdi

Millimizin Lüksemburqla AÇ oyununun yeri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lüksemburqla oyununun yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki səfər matçı Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq.

F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq.

Qeyd edək ki, görüşün başlama saatı dəqiqləşməyib.