"Zirə"də yeni müqavilələr - RƏSMİ

"Zirə"də yeni müqavilələr - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Zirə” 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi kapitan Qismət Alıyevlə 2, qapıçı Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlayıb.

Xatırladaq ki, "qartallar" daha əvvəl ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu transfer edərək 3 illik anlaşmaya qol çəkib.

Rəşad sadıqovun komandası "Turan Tovuz"dan qapıçı Aydın Bayramovu heyətə qatmaqla yanaşı, hücumçu Vladislav Kulaçla yolları ayırıb.