"Səbail" tarixə düşüb
"Səbail" Azərbaycan Kuboku tarixində ilkə imza atıb.
Mediasport.az xəbər verir ki, "dənizçilər" bunu ardıcıl 2 matçda fərqli rəqiblərə 6 və daha çox qol vurmaqla bacarıblar.
Şahin Diniyevin çalışdırdığı komanda öncə 2-ci təsnifat mərhələsində "Şəfa"nı 7:0, sonra isə 1/8 finalda "Şamaxı"nı 6:0 hesabı ilə darmadağın edib.
1992-ci ildən bu yana keçirilən Azərbaycan Kubokunda buna qədər yalnız 3 komanda ardıcıl 2 görüşdə 6 və ya daha çox qol vurub.
Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstəriblər.
2003/2004 mövsümündə "Şəfa" "Lider-Qarabağ"ı (14:0, 8:1), dörd il sonra "Gənclərbirliyi" "Ədliyyə"ni (6:1, 6:0), növbəti turnirdə "Simurq" Quba təmsilçisi "Şahdağ"ı (7:1, 8:0) iki dəfə üstələyib.