Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandası - "QARABAĞ
“Qarabağ” 2022/2023-cü illər mövsümündə ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib.
mediasport.az xəbər verir ki, Premyer Liqanın XVII turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.
Cari mövsüm çempionatda məğlubiyyət üzü görməyən Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika “Genk”i ilə 2-3-cü yerləri bölüşdürür.
Siyahıya Serbiya klubu “Srvena Zvezda” başçılıq edir. “Böyük beşlik” ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və “Napoli”dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.
1. “Srvena Zvezda” (Serbiya) – 19 oyun/17qələbə
2-3. “Qarabağ” (Azərbaycan) – 17/15
“Genk” (Belçika) – 17/15
4-5. “Olimpiya” (Sloveniya) – 20/15
“Urartu” (Ermənistan) – 20/15
6-7. “Seltik” (Şotlandiya) – 15/14
“Düdelanj” (Lüksemburq) – 15/14
8. MOİK (Sofiya, Bolqarıstan) – 18/14
9. “Larne” (Şimali İrlandiya) – 19/14