Millimizin rəqibləri müəyyənləşib - UEFA Millətlər Liqası

Millimizin rəqibləri müəyyənləşib - UEFA Millətlər Liqası

Bu axşam futbol üzrə UEFA Millətlər Liqası turnirinin 2024/2025-ci illər mövsümü üçün Azərbaycan yığmasının rəqibləri müəyyənləşəcək.

Mediasport.az xəbər verir ki, püşkatma mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.

Tədbir Bakı vaxtilə saat 21:00-da başlanacaq.

C Liqasının 2-ci səbətində yer alan Azərbaycan milli komandasının potensial rəqibləri 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi ola bilər.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan yığması milli komandamızla qarşılaşa bilməz.

UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start veriləcək.


UEFA Millətlər Liqası. 2024/2025-ci illər mövsümü


A Liqası

1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland

2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan

3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa

4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya


B Liqası

1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels

2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç

3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro

4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan


C Liqası

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq

2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları

3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr

4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya


D Liqası

1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta

2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn

************************************************************

21:30

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib. Komandamız C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaq.