DÇ-2023: Azərbaycan güləşçisi bürünc medal görüşünə çıxacaq

 DÇ-2023: Azərbaycan güləşçisi bürünc medal görüşünə çıxacaq

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada macar Tamara Dollakla qarşılaşıb.

Rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Təmsilçimizin rəqibi ABŞ təmsilçisi Cennifer Rocers olacaq.