Direktor hakimlər otağına daxil olaraq qeyri-etik ifadələr işlədib
İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az PFL-ə istinadən xəbər verir ki, toplantıda 2-ci Liqanın 5 və 7-ci turlarında keçirilmiş oyunlarda qeydə alınmış nöqsanlara hüquqi qiymət qiymət verilib.
5-ci turun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” klubunun heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı məsələ İntizam Komitəsi tərəfindən ətraflı araşdırılıb.
2-ci Liqada transfer pəncərəsinin 30 sentyabrda bağlanmasını, “Göygöl” klubunun futbolçunun azad edilmə sənədini qarşı tərəfdən almasını, futbolçunun mövsüm ərzində 3 klubda sifariş edilib 2 klubda oynaya bilməsini, həmçinin 2-ci Liqanın yarıhəvəskar turnir olduğunu nəzərə alaraq “Göygöl” klubuna hər hansı sanksiya tətbiq edilmir.
“Şəmkir” – “Sheki City” oyununda “Sheki City” klubunun qapıçısının formasında qüsurlar olduğuna görə görüş gec başlandığı üçün “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 75.6);
“Şəmkir” – “Sheki City” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Şəmkir” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
"Kürmük Qax” – “Şəfa” oyunu bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanır, “Kürmük Qax” klubu 400 manat cərimə edilir (maddə 43.4);
“Kürmük Qax” – “Şəfa” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kürmük Qax” klubu 50 manat cərimə edilir (maddə 70.1);
“Füzuli” – “Baku Sportinq” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);