U-23 dünya çempionatı: Daha bir qadın güləşçimiz yarışla vidalaşdı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Gülər Həbibova (59 kq) təsəlliverici görüşdə çinli Honq Lianqla üz-üzə gəlib.
Rəqib 4:0 hesabı ilə qələbə qazanıb və güləşçimiz yarışı mükafatsız bitirib.
Xatırladaq ki, qadın idmançılarımızdan Elnurə Məmmədova (50 kq) və Gültəkin Şirinova (55 kq) yarışla ilk mərhələdə vidalaşıb.