Avropa Liqası: "Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

Avropa Liqası: "Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan "İticket.az" saytından əldə edə bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlanacaq.

Satış məntəqələri:

"İticket.az"ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları