AFFA-nın inkişaf strategiyasının beş əsas hədəfi müəyyənləşdi
AFFA-nın inkişaf strategiyasının əsas istiqamətləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə öz əksini tapıb.
Xüsusi 5 hədəfi diqqətinizə çatdırırıq:
• Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir;
• UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub;
• Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması;
• Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək;
• Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.