AFFA-nın planlaşdırdığı milyonlar

AFFA-nın planlaşdırdığı milyonlar

AFFA-nın bu gün ictimaiyyətə təqdim olunan inkişaf strategiyasının layihəsində nəzərdə tutulan gəlirlər məlum olub.

Mediasport.az xəbər verir ki, ekosistem üzrə gəlirlərin 150,6 milyon manat olması planlaşdırılır.

Bunun 115,1 milyonu Premyer Liqa klublarının, 35,5 milyonu AFFA-nın payına düşür.

Gəlirlərin 54,5 milyonu qrantlar hesabına əldə olunacaq. Kommersiya gəlirləri 51,8 milyon təşkil edəcək.

UEFA-nın mükafatları 23 milyona bərabər sayılır. Milli komandaların teleradio yayımı 4,6, oyungünü gəlirləri 2,1 milyon olacağı gözlənilir.

Digər gəlirlərin isə 14,6 milyon olması planlaşdırılır.