Milli komandaya gətirilən Rəşad Eyyubov bu məşhurun qohumudur

Milli komandaya gətirilən Rəşad Eyyubov bu məşhurun qohumudur

Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandasının məşqçisi təyin edilən Rəşad Eyyubovla bağlı maraqlı fakt üzə çıxıb.

Mediasport.az saytına verilən məlumata görə, əsas yığmada baş məşqçi Fernandu Santuşun köməkçisi funksiyasını yerinə yetirəcək 32 yaşlı mütəxəssis tanınmış nəslin nümayəndəsidir.

Onun 2003-cü ildən Baş nazirin birinci müavini vəzifəsini icra edən Yaqub Eyyubovun qardaşı oğlu olduğu bildirilir.

Rəşad Eyyubov, həmçinin, tanınmış azərbaycanlı arxeoloq İshaq Cəfərzadənin nəvəsidir.

Futbolçu karyerasını erkən başa vurmuş, qısa zamanda "Sabah" futbol klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi işləmiş veteranın Azərbaycanın əsas milli komandasına məhz tanışlıqla gətirildiyi iddia edilir.

Məlumata görə, Rəşad Eyyubovun futbol camiəsində bir nömrəli dəstəkçisi AFFA-nın vitse-prezidenti, "Sabah" klubunun qeyri-rəsmi idarəçisi olduğu deyilən Balakişi Qasımovdur.


Fotoda Yaqub Eyyubov