Azərbaycan DERBİsi: "Neftçi" "Qarabağ"la matça 2 itki ilə çıxacaq

Azərbaycan DERBİsi: "Neftçi" "Qarabağ"la matça 2 itki ilə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turunda öz meydanında "Qarabağ"ı qəbul edəcək.

Mediasport.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan derbisi ərəfəsində "ağ-qaralar"ın heyətində 2 itki var.

Uzun müddətdir zədəli olan Emil Balayev və Ataa Caber "Qarabağ"a qarşı oynamayacaq.

Digər zədəli oyunçular isə artıq komandaya qoşulub və kollektivlə birlikdə məşq edir.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması 3 mart tarixində, saat 19:00-da "Neftçi Arena"da baş tutacaq.