Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

 Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə start verəcəklər.

Ruslan Abdullayev (61 kq) ilk mərhələdə Endrio Avdili (Albaniya) ilə güləşəcək.

Cəbrayıl Qacıyev (74 kq) təsnifat mərhələsində David Volfla (Almaniya) üz-üzə gələcək.

Arseni Coyevin (86 kq) ilk rəqibi David Morodion (Almaniya) olacaq.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda Qkivi Bliatze (Yunanıstan) - Aleksanders Pirozniks (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Aydın Əhmədov (125 kq) Jinhai Vanqı (Çin) üstələməyə çalışacaq.

Xatırladaq ki, buna qədər yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.