Xetaq Karsanov İspaniyadakı dünya çempionatında ikinci oldu
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarımfinalda slovakiyalı Adam Jaksiki üstələyən Xetaq Karsanov (0:5) finalda qazaxıstanlı Rizabek Aitmukana uduzub - 0:10.
Nəticədə, o, 97 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Azərbaycan yığması mundialda 2 gümüş, 2 bürünc medala sahib çıxıb.
Buna qədər yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) "gümüş", Ruslan Nurullayev (72 kq) "bürünc" əldə edib.
Qadın güləşində Nərgiz Səmədova (55 kq) yarışı üçüncü tamamlayıb.
Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.