Mikayıl Cabbarov Azərbaycanın qadın güləşçilərini təbrik edib
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U-23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.
Mediasport.az xəbər verir ki, iqtisadiyyat naziri ürək sözlərini sosial şəbəkə hesabında paylaşıb.
“Bakıda keçirilən U23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – o yazıb.
Xatırladaq ki, qitə birinciliyində 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq U-23 Avropa birinciliyində ilk dəfə komanda hesabında üçüncü yeri tutub.