Azərbaycan klubu təcili yardım maşınına görə 1600 manat ödəyəcək

Azərbaycan klubu təcili yardım maşınına görə 1600 manat ödəyəcək

İntizam Komitəsinin bu gün keçirilən iclasında daha bir cəza açıqlanıb.

mediasport.az xəbər verir ki, MOİK – “Səbail” arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəlib.

Buna görə İK Divizion təmsilçisini 1600 manat cərimə edilib. Matç xərəkdaşıyanlarla normal təmin olunmadığına görə isə meydan sahiblərinə xəbərdarlıq olunub.