Azərbaycan klubu sabiq "Vilyarreal"lı üçün ispanlarla danışıqlara başladı

Azərbaycan klubu sabiq "Vilyarreal"lı üçün ispanlarla danışıqlara başladı

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah” "Vilyarreal"ın keçmiş mərkəz müdafiəçisi Sofian Çaklanı transfer etmək istəyir.

MediaSport.az xəbər verir ki, bu haqda məlumatı İspaniya mətbuatı dərc edib.

Azərbaycan təmsilçisinin Mərakeş millisinin 30 yaşlı futbolçusuna görə məxsus olduğu “Ponferradina” klubu ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, Masazır klubu Çaklanın sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Onun ispanlarla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Futbolçu avrokuboklarda oynamaq imkanının yaranması üçün təklifə isti yanaşsa da, danışıqlar davam etdirilir.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” klublarının da formasını geyinib. Son olaraq Belçikanın "Löven" klubunda 17 görüşdə çıxış edib. Mərakeş milli komandasında 2021-ci ildən dəvət alır, 4 dəfə yığmada oynayıb.