Mahir bu gün oynayacaq?

Mahir bu gün oynayacaq?

Mahir Əmrəlinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında 11-ci turun oyununa çıxacaq. MediaSport.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə "Slaven Belupo" ilə qarşılaşacaq.

Baş məşqçi Ante Çaçiçin güvənmədiyi Əmrəlinin bu gün də oynayıb-oynamayacağı sual olaraq qalır. "Dinamo" 28 xalla turnir cədvəlinin lideridir.