Masazırda yeni tarix yazıldı, "Zirə" növbəti mərhələdə - YENİLƏNDİ

Masazırda yeni tarix yazıldı, "Zirə" növbəti mərhələdə - YENİLƏNDİ

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə bu axşam yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycanın da iki təmsilçisi cavab qarşılaşmalarını keçirib.

Ötən həftə Macarıstanda "Makkabi"yə böyük hesabla qalib gələn "Sabah" İsrail klubunu Bakıda qəbul edib.

9 qolun vurulduğu dramatik görüş 120 dəqiqə davam edib və penaltilər seriyasında daha dəqiq oynayan "Sabah" Azərbaycan tarixində ilkə imza ataraq mərhələ keçib.

Azərbaycan klubları indiyədək 10 dəfə penaltilər seriyasında məğlub olmuşdular.

Bakıda "DAK 1904"ü darmadağın edən "Zirə" isə Slovakiyada da qələbə qazanaraq mərhələ adlayıb.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları


“Sabah” (Azərbaycan) - “Makkabi” (Hayfa, İsrail) 2:5 (ə.v. - 1:1, pen., - 3:2)

Qollar: Pavel Şafranko, 47, Kahim Parris, 71, Coy-Lens Mikels, 104 - Dolev Haziza, 17, Frantzdi Piero, 67, 90+1, Lorenso Simiç, 70, Lior Refaelov, 73, Dean David, 112.

Baş hakim: Peter Kraloviç (Slovakiya)

Bakı. “Bank Respublika Arena”. İlk oyun - 3:0.


"DAK 1904" (Slovakiya) - “Zirə” (Azərbaycan) 1:2

Qollar: Alexandro Mendes, 40 - Rafael Utsiq, 25, Qismət Alıyev, 57.

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Dunayska Streda. “DAC Arena”. İlk oyun - 0:4.