Azərbaycan klubundan göndərildi, Macarıstanda oynayacaq - RƏSMİ

 Azərbaycan klubundan göndərildi, Macarıstanda oynayacaq - RƏSMİ

2022/2023-cü illər mövsümündə "Sumqayıt"da çıxış etmiş Todor Todoroskinin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Samir Abasovun bu yay komandadan göndərdiyi şimali makedoniyalı müdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

24 yaşlı futbolçu Tüksək Liqa təmsilçisi "Zalaeqerseq" klubu ilə müqavilə bağlayıb.

Todoroski Sumqayıt təmsilçisinin heyətində 31 oyun keçirib, 3 qol vurub.