"Qarabağ"ın oyununun Xankəndi stadionunda keçiriləcəyi dəqiqləşib
Dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - MOİK oyununun Xankəndi şəhər stadionunda keçiriləcəyi dəqiqləşib.
Mediasport.az xəbər verir ki, qarşılaşma azarkeşlərin iştirakı ilə təşkil olunacaq.
Bu barədə AzTV-nin xəbərlər proqramında məlumat paylaşılıb.
Biletlər yaxın günlərdə satışa çıxarılacaq.