Azərbaycan klubu daha bir futbolçusu ilə müqaviləni pozdu
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, bölgə klubu Emin Zamanovla vidalaşıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin yanvarından komandada çıxış edən Zamanov ötən mövsüm I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.
Xatırladaq ki, son ayyrımda İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke düşərgəni tərk edib.