"Turan Tovuz"un braziliyalı yeni transferinin kimliyi məlum oldu
"Turan Tovuz"un dünəndən anons verdiyi yeni transferin kimliyi müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, bu, Joarlem Batista Santos, qısaca Jodur.
Qərb təmsilçisi braziliyalı forvardla müqavilə bağlayıb.
30 yaşlı hücumçunun son klubu Portuqaliyada "Şaviş" olub. Tovuzlular keçid üçün qarşı tərəfə təzminat ödəyiblər.
O, karyerası ərzində “Uniao Sao Joao”, “Moqi Mirim”, “Marilia” “Kapivariano”, “Taubate”, “Frankana”, “Komersial-MS”, “Linens”, “Mito HolliHok”, “Yuventus Yaraqua”, “Anqra dos Reys” və “Sportinq Kovilya”nın formasını geyinib.
Xatırladaq ki, bu, Kurban Berdıyevin komandasının qış fasiləsində 5-ci transferidir.
"Turan Tovuz" Joyadək Rəhim Sadıxov, Anton Kraçkovski, Orxan Əliyev və Kauan Martinslə gücləniblər.