"Qarabağ"ın "Tottenhem"lə oyununu fransalı hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Tottenhem" - "Qarabağ" oyununun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, sentyabrın 26-da Londonda baş tutacaq görüşü Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
32 yaşlı baş hakim Villi Delajoya yan xətdə Ervan Finjan və Filip Jan köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Toma Leonard yerinə yetirəcək, VAR-da Benua Milo, AVAR-da isə avstriyalı Alan Kiyas iş başında olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.