Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
Sabah Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Mediasport.az PFL-ə istinadən xəbər verir ki, 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.
Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi.
Buna 2010/11 mövsümündə təsadüf olunub.
34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.
Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.
mövsüm |
iştirakçı |
1992 |
12 |
1993 |
40 |
1993/94 |
45 |
1994/95 |
28 |
1995/96 |
38 |
1996/97 |
34 |
1997/98 |
28 |
1998/99 |
25 |
1999/00 |
19 |
2000/01 |
24 |
2001/02 |
19 |
2003/04 |
21 |
2004/05 |
26 |
2005/06 |
29 |
2006/07 |
35 |
2007/08 |
32 |
2008/09 |
18 |
2009/10 |
20 |
2010/11 |
22 |
2011/12 |
21 |
2012/13 |
21 |
2013/14 |
20 |
2014/15 |
18 |
2015/16 |
19 |
2016/17 |
18 |
2017/18 |
18 |
2018/19 |
12 |
2019/20 |
12 |
2020/21 |
12 |
2021/22 |
12 |
2022/23 |
14 |
2023/24 |
34 |